Bayrağımıza xor baxan valinin indiki halı - ibrətlik son

Bayrağımıza xor baxan valinin indiki halı - ibrətlik son backend

Bu kollajda görünən şəxs bir zamanlar Bursa valisi olmuş Şahabəttin Harputdur.

O da bir zamanlar Azərbaycana sayğısızlıq etmiş, dövlət bayrağımıza həqarət etdirmiş adamdır.

Bu əhvalat 2009-cu ildə baş verib. O zamanlar Türkiyəni idarə edənlərin bir qrupu Ermənistanla sərhədləri açmaq, isti münasibətlər yaratmaq eşqindəydilər. Cənab Harput da həmin qrupdaydı.

2009-cu ilin oktyabrında Türkiyə və Ermənistan futbol komandaları arasında matç keçirilməsi nəzərdə tutulurdu və buna "futbol diplomatiyası" adı qoyulmuşdu. Guya ki, bu matçda və cavab görüşündə ermənilərlə türklər tarixi düşmənçiliyə son qoyacaq, yenidən mehribanlaşacaqdılar.

Bursa valisi Şabahəttin Harput Azərbaycan bayraqlarının həmin matçda stadiona buraxılmasını yasaqlamış (yaranmaqda olan "dostluğu" pozacaqmış deyə), üstəlik, stadiona bayraqla daxil olmaq istəyən azarkeşlərin əlindən aldıraraq zibil qutusuna doldurtmuşdu.

Ancaq qısa müddətdən sonra "erməni-türk dostluğu"nun utopiya, başaldatma, puç bir şey olduğu üzə çıxdı. Ermənilər "genosid" iddialarından, təzminat davalarından geri durmadılar. Harputun canfəşanlığı özünə qaldı, amma bayrağımızı təhqir etdirməsi unudulmadı.

Ötən il 15 iyulda Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra bir çoxları kimi Ş.Harputun da xain biri olduğu üzə çıxdı və onun qoluna qandal vuraraq həbsə saldılar.

Bu hadisə Azərbaycan xalqı üçün sürpriz olmadı. Harputun xainliyi 2009-cu ildən bəlliydi.

İnşallah, Azərbaycan və Türkiyə xalqının, bu iki qardaş dövlətin arasına nifaq toxumu səpmək, ixtilaf salmaq istəyənlərin hamısının sonu belə olar.

Musavat.com
Diaspora