Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 69-a çatıb, 100-dən çox insan yaralanıb.
TASS agentliyinin verdiyi xəbərə görə, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.Partlayışları terrorçu-kamikadzelər törədib. Kabildəki İmam Zaman məscidində qadın və uşaqlar daxil olmaqla 39 nəfər həyatını itirib. Qor əyalətində isə 30 nəfər terror qurbanı olub.
*****
Əfqanıstanın paytaxtı Kabulda terror aktı törədilib.
"Haberturk" xəbər verir ki, terrorçu-kamikadze məscidin içərisində özünü partladıb.
Dağıntılar altından ən azı 30 nəfərin meyitinin çıxarıldığı və ölü sayının artacağının istisna edilmədiyi bildirilir.
Oxu.Az