Şamaxı rayonunda intihar hadisəsi baş verib.
Qaziler.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.