Putin mühasirəyə düşdü: cangüdənləri çaş-baş qaldı

Putin mühasirəyə düşdü: cangüdənləri çaş-baş qaldı backend

Rusiya prezidenti Vladimir Putin Sankt Peterburqda Parlamentlərarası İttifaqın Assabmleyasının açılışı mərasimində çıxış edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, çıxışdan sonra müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri Rusiya prezidentini dövrəyə alıblar.

Hər kəs prezidentlə şəkil çəkdirmək istədiyi üçün 10 dəqiqəyə yaxın ona getməyə imkan verməyiblər.

Prezidentin cangüdənləri çox çətinliklə Rusiya liderinin ətrafında dairə yarada biliblər. Nümayəndələrin bəziləri Putinin onları görməsi üçün stulların üstünə çıxıb, bəziləri isə prezidentin əlini sıxmağa çalışıb.

Yeri gəlmişkən, V.Putin çıxışında bildirib ki, beynəlxalq hüquq sistemi eroziyaya uğrayıb. O həmçinin dialoq aparmaq cəhdlərinin hamısının məhdudlaşdırıldığını vurğulayıb: “Təəssüf ki, bu belədir, təəssüf ki, bu, bugünkü praktikadır. Parlamentarilər arasında son vaxtlar birbaşa təmasın və ünsiyyətin məhdudlaşdırılması cəhdləri artmaqdadır və biz bunu müşahidə edirik”.


Diaspora