Teref.info xəbər veriur ki, Bakıda onlarla şəxsin etibarından sui-istifadə edərək vətəndaşların külli miqdarda vəsaitini mənimsəmiş Vəsahid Məlikov həbs olunub.
Teref.info xəbər veriur ki, Bakıda onlarla şəxsin etibarından sui-istifadə edərək vətəndaşların külli miqdarda vəsaitini mənimsəmiş Vəsahid Məlikov həbs olunub.Bildirilir ki, Vəsahid Məlikov Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 və 308.1 maddələri ilə istintaqa cəlb olunub. Məcəllənin hər iki maddəsi üzrə təqsirləndirilən Vəsahid Vəlican oğlu Məlikov barəsində oktyabrın 13-də Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bakıətrafı kəndlərdə aldatma yolu ilə ayrı-ayrı vətəndaşlara torpaq sahələri satmaqda günahlandırılan Vəsahid Məlikov bu əməlləri ilə bağlı istintaq davam edir. Xatırladaq ki, Bakı və Abşeron kəndlərində “torpaq dəllalı” kimi ad çıxarmış Vəsahid Məlikovun aldatma yolu ilə pullarını mənimsədiyi şəxslər bir müddət əvvəl hüquq-mühafizə orqanlarına ərizə ilə şikayət etmişdi. Həmin şikayət məktublarında Vəsahid Məlikovun Bakıətrafı ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqları uzunmüddətli icarəyə vermək adı ilə vətəndaşlara satmasından, külli miqdarda vəsaitin mənimsənilməsindən bəhs edilirdi. Onun bu qanunsuz hərəkətlərindən zərər çəkmiş vətəndaşlar Baş Prokuror Zakir Qaralava da yazılı müraciət edərək Vəsahid Məlikovun məsuliyyətə cəlb olunmasını xahiş etmişdilər. Vəsahid Məlikov aldatma yolu ilə onlarla vətəndaşın ümumilikdə 300 min manata yaxın pulunu mənimsədiyi bildirilir.
Teref.info