Zaqatalada maskalı şəxslər evə basqın edib

Zaqatalada maskalı şəxslər evə basqın edib backend

Zaqatalada evə basqın olub.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb.

Kənd sakini 69 yaşlı Səmayə Qasayevanın yaşadığı evə daxil olan üç maskalı şəxs ona və nəvəsi 14 yaşlı Nizami Qasımova zor tətbiq edərək oradan zinət əşyaları aparıblar.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Vasif Məmmədvəliyev, Elməddin Abbasov və Etimad Xankişiyev tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinərək tutulan Vasif Məmmədəliyevin və Elməddin Abbasovun daha bir cinayət əməli üzə çıxıb.

Belə ki, ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il iyunun 6-da rayon ərazisindəki daha bir evdən pul və qızıl əşyalar oğurlamaları müəyyən edilib.
Diaspora