Metroda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.
Musavat.com-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub. Faktla bağlı araşdırma aparılır.Bakı metrosunda dəhşətli anlar: Oğru həbs olundu

