“Neyt” qasırğası ABŞ sahillərini çatıb

“Neyt” qasırğası ABŞ sahillərini çatıb backend

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, , qasırğa Missisipi deltası rayonunda quru üzərindən keçir.

Küləyin maksimal sürəti saatda 140 kilometrə çatır.

ABŞ Milli Hava Xidməti Yeni Orlean (Luiziana ştatı) üçün tropik tufan xəbərdarlığı elan edib.

Xatırladaq ki, Neyt tropik qasırğası Mərkəzi Amerikada 22 nəfərin ölümünə səbəb olub.
Diaspora