Son üç gündə Azərbaycanda 23 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.O bildirib ki, yağışlı günlərdə - 2-4 oktyabr tarixlərində ölkə yollarında baş vermiş qəzalar zamanı 8 nəfər ölüb, 34 nəfər yaralanıb.
“Qəzaların əksəriyyətini avtomobillərin toqquşması və piyadaların vurulması təşkil edib”, - K.Əliyev əlavə edib.