Hostel yandı, bazarda işləyən 4 azərbaycanlı öldü

Hostel yandı, bazarda işləyən 4 azərbaycanlı öldü backend

Ukraynanın Zaparojsk vilayətinin Aleksandrovsk rayonu, Jukovsk küçəsində yerləşən hosteldə ötən gecə baş vermiş yanğın nəticəsində 4 Azərbaycan vətəndaşı yanaraq həlak olub. Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib, onun hostelin qarovulçusu olduğu bildirilir. Hosteldə qalanların 4 nəfərini xilas etmək mümkün olub, onlardan biri azyaşlıdır.

Ukrayna KİV-lərinin xəbərlərinə görə yanğın binanın ikinci mərtəbəsində baş verib, hadisə yerinə 15 yanğınsöndürən maşın göndərilib. Yanğının səbəbləri aydınlaşdırılır.Məlumata görə hosteldə qalanlar həmin rayondakı topdansatış bazarında işləyənlər olublar. Hostelin ikinci mərtəbəsinin pəncərələri metal torlarla bağlandığından içəridəkilər yanğın zamanı pəncərədən atıla bilməyiblər. Nəticədə bir tərəfdən tüstü, o biri tərəfdən dəmir barmaqlıqlar arasında qalan insanlar boğularaq ölüblər.

Bildirilir ki, yanğında ölən azərbaycanlıların üçün Zaparojye vilayətinə meyvə-tərəvəz satmağa gedibmiş. Digər şəxs-Bakı sakini isə bu günlərdə Azərbaycana qayıtmağa hazırlaşırdı. Onların kimlikləri göstərilmir.
Diaspora