Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutuldu

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutuldu backend

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

Milli.Az xəbər verir ki, rayon polis şöbəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o,həmin yerdə tutulub.

Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki, Ş.Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasına onu evə buraxdıqlarına görə etiraz edib.
Məlumatlarda o da bildirilir kİ, Ş.Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Diaspora