Astarada yanacaqdoldurma məntəqəsinə basqın edilib.
Hadisə Astara şəhəri ərazisində qeydə alınıb.Astaranın Ərçivan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Pərvaz Eyvaz oğlu Əliyev maska geyinərək, yanacaqdoldurma məntəqəsinə basqın edib. Bıçaqla operatoru hədələyən şəxs ondan pul tələb edib. Pul tapa bilməyən P. Əliyev hadisə yerindən qaçıb. Polis isti izlərlə onu saxlayıb.
Fakt araşdırılır.