Bu gecə Yer kürəsində güclü maqnit qasırğa müşahidə olunacaq. Bunun səbəbi Günəşdə olan partlayışdır.
Medportal.ru xəbər verir ki, qasırğanın gücü 9-ballıq şkalaya üzrə 7 bala yaxınlaşacaq. Bu çox güclü qasırğa sayılır.Qasırğa şənbə və bazar günlərində hiss olunacaq.
Alimlər hesab edir ki, maqnit qasırğalar yol qəzalarının, bədbəxt hadisələrinin, müxtəlif travmaların, intiharların sayının artmasına səbəb olur. Alimlərin fikrinə görə, bunun səbəbi maqnit qasırğaların insan beyninə olan təsiridir. Bu zaman xüsusilə beyinin diqqət və konsentrasiyaya cavabdeh olan mərkəzlərinin fəaliyyətində pozulmalar yaranır.
Maqnit qasırğa insanın sağlamlığına və əhvalına ciddi təsi edir - baş ağrılarına, yuxusuzluğa, əhvalın pisləşməsinə, halsızlığa səbəb ola bilər.
Həmçinin maqnit qasırğalar arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər ki, nəticədə bu günlərdə statistikaya görə infarkt, insult, ürək tutmalarının sayı artır.