Bakıda ağır yol qəzasında xəsarət alanların ADLARI bilindi

Bakıda ağır yol qəzasında xəsarət alanların ADLARI bilindi backend

Bakıda Salyan şosesində baş verən ağır yol qəzasında xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralıların 3-ü də kişidir və bir nəfərin vəziyyəti ağırdır.

Xəsarət alanlar -1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğludur.

Mərkəzdən Trend-ə bildiriblər ki, yaralılardan Mahir Məmmədov ağır kəllə beyin travması aldığından vəziyyəti ağır qioymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, bu gün gündüz saatlarında Səbail rayonu ərazisində, Salyan şosesində hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2 nəfərin ölüb, 3 nəfər isə xəsarət alıb.
Diaspora