Həştərxan vilayətində Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfransı keçirilib.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasından Verilən məlumata görə,Həştərxan Vilayətində 25 avqust 2017 - ci il tarixində “Kitabxana işinin gənc peşəkarlığı” mövzusuna həsr olunmuş “Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfrans”ı keçirilmişdir. Konfransda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov “Azərbaycanda Azərbaycan Respublikası Gənclər Kitabxanasının İnformasiyalaşdırması ” mövzusunda çıxış etmişdir. Tahir Sadıqov öz çıxışında Azərbaycanda Gənclər Kitabxanasının müasir fəaliyyətinin əsas parametrlərindən biri olan daxili iş proseslərinin informasiyalaşdırılması sahəsində yeni informasiya – kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini konfrans iştrakçılarının nəzərinə çatdırdışdır. Həmçinin, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanaların əvəzsiz rolundan, bu sahədə əsaslı islahatların aparılmasından, 06 oktyabr 2008-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 -cü illərdə inkişafı üzrə dövlət proqramının əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Beynəlxalq əlaqələrini, Soçi-Adler, Anapa, Moskvada keçirilən beynəlxalq konfranslarda iştraklarını, eləcə də Azərbaycanın Gəncə şəhərində keçirilən “Gənclər – innovasiyalar Kitabxanalar” Azərbaycan-Rusiya elmi- praktiki konfransını xüsusi qeyd etmişdir. Əldə edilmiş şifahi razılığa əsasən çox qısa zamanda Həştərxan Vilayəti Gənclər Kitabxanası və digər kitabxanalarla əməkdaşlığa dair müqavilələrin imzalanması nəzərdə tutulur. Konfrans materialları 2017-ci ilin axırına kimi çap ediləcək və bir nüsxə kitabxanamıza göndəriləcək.
Qaziler.az