Gürcüstan hökumətinin nümayəndələri Qurban bayramı münasibətilə Tbilisi Cümə məscidinə baş çəkiblər.
APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın qaçqınlar və yerləşdirmə üzrə naziri Sozar Subari çıxışında müsəlman icmasını müqəddəs bayram münasibətilə təbrik edib: “Qurban bayramı xeyirxahlıq və sülh bayramıdır. Gürcüstan hökuməti adından sizi bayram münasibətilə təbrik edirəm”.Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.