Rusiyanın Krasnodar vilayətində Krımı Rusiyaya birləşdirən körpünün tikintisini aparan fəhlələri daşıyan avtobusun Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yaralılardan biri xəstəxanada keçinib. Hazırda xəstəxanalarda 19 nəfər yaralı var.
Qəza avqustun 25-də baş verib. Körpü tikintisində podratçılardan olan “Tamanneftqaz”ın işçilərindən ibarət avtobus sürücünün səhvi üzündən Qara dənizə aşıb. Avtobusun sürücüsünün erməni olduğu üzə çıxıb, Karapet Mikaelyan adlı sürücünün barəsində həbs qətimkan tədbiri seçilib.