Krasnodarda avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib

Krasnodarda avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə yüksəlib backend

Rusiyanın Krasnodar vilayətində "Tamanneftqaz" şirkətinin fəhlələrini daşıyan avtobusun 4 metr hündürlükdən Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

Rusiya mətbuatı xəbər verir ki, avtobusda olanlardan 27-ni xilas etmək mümkün olub, bir nəfərin axtarışı davam etdirilir.

Qəzanın baş verməsinin əsas səbəbi kimi yol hərəkəti qaydalarının pozulması göstərilir. Cinayət işi başlanıb.

Avtobus kran vasitəsilə sudan çıxarılıb. Hadisə yerində 80 xilasedici və 27 texnika işləyir.

* * *12:32

Rusiyanın Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində 14 nəfər ölüb.

Gazeta.ru xəbər verir ki, “Tamanınneftqaz” şirkətinə məxsus avtobusun salonunda 35 fəhlə olub. Avtobusun 4 metr yüksəklikdəki sahildən düşdüyü bildirilir. Xilasedicilər 20 sərnişini xilas edə biliblər. Daha 3 nəfərin taleyindən xəbər yoxdur.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Diaspora