Mehman Əliyev saxlanılıb

Mehman Əliyev saxlanılıb backend

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.

Vəkil Fuad Ağayev APA-ya bildirib ki, M. Əliyev bu gün Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb.

Vəkil qeyd edib ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb.

M. Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib.

O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.
Diaspora