Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Sütəmurdov kənd sakini Hüseynov Ruslan Şahvələd oğlu bıçaq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Əməliyyat olunan yaralının vəziyyəti normaldır. R.Hüseynovun ədliyyə işçisi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.