Bakıda, Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan 4 avtomobil qarət edilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə dünən Bakının Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında qeydə alınıb.
Cərimə meydançasında qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd "VAZ-2107" və 1 ədəd VAZ-21011" markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb.İlkin məlumata görə ,hadisə günorta saat 3 radələrində baş verib.
Son zamanlar cərimə meydançalarında avtomobillərin qarət edilməsi və ziyan dəyməsi halları artıb. Bu isə bir daha cərimə meydançalarında təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil edilməsi məsələsinə gündəmə gətirir.
Vətəndaşın avtomobili cərimə meydançasına gətirildiyi zaman aidiyyatı qurum təhvil aldığı həmin avtomobilin qorunması ilə bağlı da öhdəlik götürür.Və avtomobilə dəyən istənilən ziyanı vətəndaş cərimə meydançasının məsul şəxslərindən tələb edə bilər.
Cərimə meydançasında qarət edilən 4 avtomobillə bağlı isə Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.