Son məlumata görə, Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “El Pais” yerli rəsmi qurumlara istinadən məlumat yayıb.
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.