Oktyabr ayının 12-də Yer kürəsi yaxınlığından asteroid keçəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.Səma cisminin diametri təxminən 15-30 metrdir. Qeyd olunur ki, bu ölçülərə malik asteroidin Yerin atmosferinə daxil olmasının effekti 2013-cü ildə Çelyabinskdə düşən meteoritlə müqayisə edilə bilər.
Agentliyin məlumatına əsasən, asteroid Yerdən 44 min kilometr məsafədə keçəcək.
“Bu çox yaxın məsafədir”, - Avropa Kosmik Uçuşlar Mərkəzinin direktoru Rolf Densinq deyib.