Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb

Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb backend

Ağstafa rayonunda 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb.


"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Korxəlifə kəndində baş verib.
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Aidə Abbas qızı Alıyeva həyətyanı sahədə işləyən zaman qəflətən canavarlar ona hücüm edib. Üz, sinə və qollarından ağır yaralar alan qadının qışqırtısına qonşular gəlib və canavarlar ərazidən qaçıblar. Yaralı qadın xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Diaspora