Sumqayıtda baş vermiş hadisə zamanı ölən şəxslərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, quyuda təmir işləri aparan İlqar adlı fəhlə və onu xilas etmək üçün quyuya düşən FHN əməkdaşı Rasim Məmmədov ölüb.Onların hər ikisi qazdan boğulub.
FHN-in dörd əməkdaşı isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.