Kürdə boğulan polis əməkdaşlarının adları məlum olub

Kürdə boğulan polis əməkdaşlarının adları məlum olub backend

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarının adları məlum olub.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, həmin polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

Qeyd edək ki, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. Hazırda onları meyitləri axtarılır. Onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.
Diaspora