Argentinanın Katamarka əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə (USGS) istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Poman bələdiyyəsindən 53 kilometr şimal-qərbdə, ocağı isə 151.7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.