Rəsədxana rəsmisi: Ötən gün geomaqnit qasırğası baş verib

Rəsədxana rəsmisi: Ötən gün geomaqnit qasırğası baş verib backend

İyunun 16-sı günorta saatlarından sonra geomaqnit qasırğası baş verib. Qasırğa 5 ballıq cədvəl üzrə G-1 sinfinə mənsub olub.

Qaziler.az-ın xəbərinə görə, bu barədə “Report”a AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhərə kimi davam edən kosmik hadisə hazırda səngimək üzrədir:

“Ona görə də buna qısa müddətli qasırğa kimi baxmaq olar. Qasırğanın baş verməsinə səbəb Günəşin səthində növbəti tac dəliyinin formalaşması olub. Lakin ölçüləri kiçik olduğundan effekt az olub. Buna baxmayaraq, G-1 sinfinə aid olan qasırğa yaradıb”.

O qeyd edib ki, adətən tac dəliklərindən Günəş plazması yüksək sürətlə zərrəciklərdən təşkil olunmuş plazma küləyi şəklində Günəşi tərk edir və planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlir. Yerətrafına çataraq monitosferdə həyəcanlanma yaradır və bunun nəticəsi isə adətən geomaqnit qasırğaları yaranır.

Rəsədxana rəsmisi əlavə edib ki, hazırda Günəşin səthində nisbi sakitlik hökm sürür. Günəş səthində 28 ləkə və 2 ləkə qrupunun olmasına baxmayaraq çox da güclü Günəş alışmaları müşahidə olunmur.
Diaspora