Tehranda terror aktlarından sonra 35 nəfər xəstəxanalara yerləşdirilib

Tehranda terror aktlarından sonra 35 nəfər xəstəxanalara yerləşdirilib backend

İranın paytaxtı Tehranda baş vermiş silahlı hücumlardan sonra ümumilikdə 35 nəfər xəstəxanalara yerləşdirilib.


Trend-in məlumatına görə, bu gün silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.

Bundan başqa, Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hazırda parlamentin binasında atışma dayanıb.

Təhlükəsizlik orqanları əməkdaşlarının terrorçulara qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir.
Diaspora