Güclü külək və leysan Lerikdə fəsadlar törədib

Güclü külək və leysan Lerikdə fəsadlar törədib backend

Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon ərazisində qısa müddət ərzində əsən güclü külək, daha sonra isə yağan leysan yağışlar səbəbindən elektrik enerjisinin verilişində problemlər yaranıb. İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorda yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib. Bundan başqa rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.
Diaspora