İki azyaşlı sürətlə hərəkət edən avtomobilin yük yerindən yola yıxıldı

İki azyaşlı sürətlə hərəkət edən avtomobilin yük yerindən yola yıxıldı backend

Rusiyanın Soçi şəhərində avtomobil yolunun hərəkət hissəsində iki azyaşlı maşından yola yıxılıb. Hadisə avtomobil hərəkətdə olan zaman baş verib.

Qaziler.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, videogörüntüyə əsasən demək olur ki, avtomobili idarə edən qadın sürücü şəhərin mərkəzinə doğru hərəkət edirmiş. Gözlənilmədən avtomobilin yük yeri açılıb və oradan bir uşaq, sonra daha biri yola yıxılıb.

Xoşbəxtlikdən, həmin maşının arxasınca gələn avtomobilin sürücüsü vaxtında əyləci basa bilib. Şahidlər uşaqların köməyinə gəliblər. Anaya gəlincə o, "itki"ni dərhal hiss etməyib. Bir neçə vaxtdan sonra o, hadisə yerinə qayıdıb.

Ciddi zədə alan 3 yaşlı qız tibb müəssisəsinə yerləşdirilib, digər üşaq isə yıxılan zaman xəsarət almayıb.

Avtomobilin sahibi olan sürücü qadın uşaqların anası, 39 yaşlı yerli sakindir. Uşaqların avtomobilin yük yerində olması səbəbi hələlik məlum deyil.
Diaspora