Bu gün Balakən rayonunda zəlzələ baş verib.
QAZİLƏR.AZ APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 11:20:56-da Zaqataladan 21 km şimal-qərbdə Balakən ərazisində qeydə alınıb.Yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 2 km olub. Zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.