Mayın son günündə Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb. QAZİLƏR.AZ Lent.az istinadən xəbər verir ki, dünən ölkə ərazisində ümumilikdə 7 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 5 nəfər də xəstəxanaya yerləşdirilib.
Ölümlə nəticələnən qəzalardan ən ağırı Qaxda qeydə alınıb. Burada avtomobilin ağaca çırpılması 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət almasına səbəb olub. Digər ağır qəzalar isə Ağstafa, Lənkəran, Binəqədi və Nərimanov rayonlarında baş verib.Avtomobil qəzalarında 6 nəfər öldü

