Vətəndaş canavar saxlayır, özüdə bu təhlükəli heyvanı insanların sıx olduğu əraziyə çıxardaraq gəzdirir.
"Xəzər Xəbər”in Votsapp nömrəsinə bir vətəndaş tərəfindən göndərilən kadrlarda bu mənzərə əks olunub. Bəs qanunla canavarın saxlanılmasına və ya ovlanmasına icazə varmı? Ekologiya və təbii sərvətlər nazirliyi məsələyə münasibət bildiribİnsan həyatı üçün təhlükəli hesab edilən heyvanı saxlayır.Özüdə şəhərin mərkəzində insanların sıx olduğu yerə çıxardaraq bu heyvanı gəzdirir.
Görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb.Kadrlardan görünür ki,vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir.Sonra isə sanki it gəzdirirmiş kimi canavarıda gəzdirməyə başlayır.
Məsələ burasındadır ki bu heyvanın ağzında qoruyucu olmasına baxmyaraq hər an vətəndaşın əlindən çıxa və insanlara xəsarət yetirə bilər.Bəs canavarın saxlanılması ümumiyyətlə insanlar arasında çıxardılaraq gəzdirilməsi qanunla qadağandırmı? Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki,Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağan edilibdir.
Bununla yanaşı,həmin heyvan vətəndaşdan alınmaqla təbiətə buraxılır.Raqum Mirzəyev bildirdi ki,bu məsələ nazirlik tərəfindən araşdırlıacaq. həmin vətəndaşın heyvanı necə əldə etməsi və saxlamsından asılı olaraq onun barəsində müvafiq inzibati tədbir görüləcək.