Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.
“Report”un verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü İlqar Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan keçinib.Qeyd edək ki, mərhum 2005-ci ildən bu vəzifədə çalışırdı.