Antaliyada polisin sərnişin avtobusunda apardığı əməliyyat zamanı ərəb sabunu olan çantada gizlədilmiş 3 kilo həşişi "Çıtır" ləqəbli öyrədilmiş it tapdı.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, polis köpəyinin də cəlb edildiyi axtarış zamanı çamadanın içində qablaşdırılmış və üzəri ərəb sabunuyla örtülmüş 3 kiloqram narkotik maddə ələ keçirildi. Hadisə ilə əlaqədar çamadanın sahibi Ş. gözaltına alınıb.İstintaq davam edir.