Salyan rayonunun Xələc kəndində yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, 48 yaşlı kənd sakini, Qarabağ veteranı Zaman Məmmədəli oğlu Məmmədova məxsus 1 otaqlı, 1 eyvanlı fərdi yaşayış evi anidən alovlanıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub və yanğın söndürülüb. Buna baxmayaraq, 42 kvadratmetr sahəsi olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Yanğının nədən qaynaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.