Qara dənizdə Rusiyanın hərbi gəmisi yük daşıma gəmisi ilə toqquşub.
Axar.az xəbər verir ki, hadisə Qara dənizdə, Türkiyənin daxili sularında baş verib. Toqquşmadan sonra Türkiyə tərəfi gəmidən 45 rus hərbçisini xilas edib.***
Rusiya Müdafiə nazirliyi Qara dəniz donanmasına aid “Liman” adlı araşdırma gəmisinin İstanbul boğazından 40 kilometr şimal-qərbində hələlik hansı ölkəyə mənsub olduğu bilinməyən Aşot-7 adlı gəmiylə toqquşduğunu açıqlayıb. “Liman” gəmisinin əsgərlərinin ziyan çəkmədiyi bildirilir.
Toqquşma zamanı yük gəmisinin batdığı, hərbi gəminin isə aldığı zərbədən yan yatdığı bildirilib.
***
Rusiya Müdafiə Nazirliyi 15 əsgərinin itkin düşdüyü barədə yayılan məlumatı təkzib etdi və hərbi gəmidə olan 78 nəfər şəxsi heyətin hamısının təxliyə olunduğunu açıqladı.
Qəzanın baş verdiyi ərazidə qatı duman var.
***
Batan yük gəmisi Toqo bayrağı altında üzürmüş.
***
Rusiya hərbi gəmisinin artıq batmaq üzrə olduğu bildirilir. Olay yerində olan Türkiyə katerləri gəmini xilas etməyə çalışır...
***
Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasının gəmilərini olay yerinə istiqamət alıb. Eyni zamanda, An-26 təyyarəsi də bölgəyə göndərilib.
***
Qəzadan dərhal sonra Türkiyə baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedyevə zəng edib.
Yıldırım qəza ilə bağlı Medvedyevə məlumat verib.
***
Toqquşan hər iki gəminin artıq batdığı təsdiqləndi.
***
"Liman" hərbi gəmisi Polşada hazırlanıb və 1970-ci ildə SSRİ donanmasının istifadəsinə verilib. Əsasən silahsız olan hərbi gəmi radar və hidroakustik detektorla təchiz edilib. "Liman" gəmi və sualtı qayıqları izləmək üçün istifadə edilən hərbi kəşfiyyat gəmisidir.