Almaniyada türklərin mədəniyyət mərkəzinə hücum olub

Almaniyada türklərin mədəniyyət mərkəzinə hücum olub backend

Almaniya paytaxtı Berlin şəhərində naməlum şəxs və ya şəxslər türklərə məxsus “Ottoman Sufi Center” (“Osmanlı Sufi Mərkəzi”) adlı mədəniyyət mərkəzinin binasına hücum ediblər.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində binanın 3 pəncərəsinin şüşələri sınıb.

Mərkəzin sədri Vural Demirtaş bildirib ki, heç kimlə problemləri yoxdur və təşkilatın qapıları hər kəsin üzünə açıqdır

Faktla bağlı cinyət işi başlanılıb. Dövlət təhlükəsizlik idarəsi və polis hadisə ilə bağlı araşdırma aparır.
Diaspora