Bakıda körpələr evində yanğın baş verib.
Qaziler.az Fövqəladə Nallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.Bakıda körpələr evində yanğın olub

