İstanbuldan Azərbaycana narkotik göndərmək istəyən zəhər tacirlərinin planını polis əməkdaşları pozub.
İstanbul polisinin narkotiklərlə mübarizə Şöbəsinin keçirdiyi əməliyyat zamanı Azərbaycana oyuncaq kuklanın içərisində 1 kiloqram narkotik göndərmək istəyən şəxs yaxalanıb.Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, narkotik maddənin kuklanın baş hissəsində gizlədildiyi müəyyən olunub.
Əməliyyat martın 24-də keçirilib, polis bu barədə indi məlumat yayıb. Məlumatda deyilir ki, polisə Azərbaycana narkotik gizlədilmiş bağlamanın göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Bu məlumat əsasında polislər İstanbul Başakşehirdə bir kargi firmasının xarici yüklər üçün nəzərdə tutulmuş anbarında Azərbaycana göndərilmək üçün nəzərdə tutulan bağlamanı tapıb. Bağlamanı açan polislər oradan 2 qutu şokalad, 1 qutu saqqız, ayaqqabı və kukla tapıb. Axtarış zamanı kuklanın baş hissəsində 11 bükülü halında gizlədilmiş 84 qram heroin tapılıb. Həmin bağlamanı göndərmək istəyən 35 yaşlı, O.U. adlı şəxs kamera görüntüləri əsasında saxlanılıb.