Sabirabbadda 65 yaşlı qadının intihar etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Axıska kənd sakini, 1952-ci il təvəllüdlü Cəmilə Hümmətova uzun müddət imiş ki, yüksək təzyiqdən əziyyət çəkirmiş. Hətta onun bir müddət əvvəl gözləri tutulubmuş. Əslən Kovlar kəndindən olan ailə uzun müddət əvvəl Axıskaya köçüb. C. Hümmətova iki qızı ilə birgə həmin evdə qalırmış. Uzun sürən xəstəlikdən yorulan qadın axşam saatlarında evinin çardağından özünü asaraq intihar edib. Onu asılmış vəziyyətdə qonşuları görüb.
Hazırda 65 yaşlı qadının meyiti müayinə olunmaq üçün aparılıb.
Onu da qeyd edək ki, Cəmilə Hümbətovanın qardaşı Kovlar kəndinin axundudur.
***
08:10
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Axıska kənd sakini, 1952-ci il təvəllüdlü yaşlı Hümmətova Cəmilə Abdulhüseyn qız özünü yaşadığı evdə asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.