Peterburqda metroda törədilən terror aktı nəticəsində xəstəxanalara 51 nəfər yerləşdirilib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.
“Xəstəxanalara yerləşdirilən 47 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda 4 qadının kimliyi məlum deyil”, məlumatda deylir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Səhiyyə naziri Veronika Skvortsova terror aktı nəticəsində 45 nəfərin yaralandığını bildirib.