Putin PARTLAYIŞdan danışdı: “Terror ola bilər“ - GÖRÜNTÜLƏR - YENİLƏNİB

Putin PARTLAYIŞdan danışdı: “Terror ola bilər“ - GÖRÜNTÜLƏR - YENİLƏNİB backend

Bir qədər öncə Moskva Metropoliteni də gücləndirilmiş iş rejiminə keçdiyi barədə məlumat yaydı. O da məlum olub ki, Rusiya prezidenti Putin də partlayış baş verən vaxt Peterburqda, Ümumrusiya Xalq Cəbhəsinin forumunda olub. Putin partlayışla bağlı bildirib ki, səbəblər müxtəlif ola bilər. "Məişət hadisəsindən tutmuş, kriminal, terror aktına qədər...".

**
16:07

Rusiyanın Sankt-Peterburq şəhərində metro stansiyalarından ikisində partlayış baş verib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, metronun "Texnoloqiçeskiy İnstitut" və "Sennaya ploşad" stansiyalarında baş verən partlayışdan sonra tüstülənmə olub. Bildirilir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 50-dən çox yaralı var.





Rusiya mətbuatı onu da yazır ki, partlayışdan sonra "Çernaya reçka" stansiyası şübhəli predmet tapıldığı üçün bağlanılıb. Hadisə ilə bağlı Rusiya prezidentinə məruzə edilib. Ümumilikdə Peterburq metrosunun 7 stansiyası hadisə ilə əlaqədar bağlanılıb. Zərərçəkənlər arasında uşaqların da olduğu bildirilir.








Diaspora