İntihar edən yazarın 15 yaşlı oğlu: "Evdə deyildik"
Bu gün intihar edən yazar Rizvan Axundovun oğlu atasının ölümü ilə bağlı Ölkə.Az-a danışıb.Yazarın 15 yaşlı oğlu Tamerlan Axundov əməkdaşımızla söhbətində atasının kredit borcuna görə intihar etmədiyini bildirib:
"Biz başqa yerə getmişdik. Səhər evə qayıdanda gördük ki, intihar edib. Amma borcu olmayıb. Onun borcu ailəsinə və Allahına idi".
Qeyd edək ki, "Bakipost.az" saytının məlumatına görə Rizvan Axundov bu gün Yasamal rayonundakı mənzilində özünü asaraq intihar edib.
Xatırladaq ki, R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Aspiraturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bədii yaradıcılqla da məşğul olub. O, Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayələr yazırmış.
"Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.
Ailəli idi, bir övladı var.