Bakının Yasamal rayonunda 9 mərtəbəli yeni tikilidə mənzil yanır.
Musavat.com xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivindəki 10 saylı binada baş verib. BDU-nun müəllimləri üçün tikilən binanın sonuncu mərtəbəsində qəfildən yanğın başlayıb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası və polis əməkdaşları cəlb edilib. Alov binanın damına da keçib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.






