Rusiyada azərbaycanlı futbolçu qətlə yetirildi

Rusiyada azərbaycanlı futbolçu qətlə yetirildi backend

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 28 yaşında ikən vəfat edib.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.

Onun ermənilərlə dava zamanı bıçaqlandığı bildirilir. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarında oynayıb. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb.
Diaspora