Bakı metropolitenində tuneldə tüstülənmə başlayıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, hadisə “28 may” və “Gənclik” metro stansiyaları arasında baş verib.Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Hadisə qatarların hərəkətinə təsir etməyib. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.