Bugünki qəzada yaralanan tələbə: “Qız iki oturacağın arasında qalıb, öldü“ - FOTOLAR

Bugünki qəzada yaralanan tələbə: “Qız iki oturacağın arasında qalıb, öldü“ - FOTOLAR backend

"Qəza zamanı ölən qızın adı Çinarə olub. O, iki oturacağın arasında qalaraq ölüb".

Qaziler.az xəbər verir ki, bunu istipress-ə açıqlamasında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan yaralı tələbələr deyiblər. Onların sözlərinə görə, avtobus sürətlə hərəkət edib.

Bu zaman onun qarşısına yük maşını çıxıb. Manevr etmək istəyən zaman daş daşıyan "Kamaz"a və "ZİL"ə dəyib.

Qəza anında sürücü özünü itirib və maşın idarəetmədən çıxıb. Bu zaman bəzi tələbələr özlərini qəzaya uğrayan avtobusdan atmaq istəyiblər. Ölən tələbə İbrahim Nəsirov da məhz bu zaman ağır xəsarətlər alaraq ölüb.

Xatırladaq ki, içərisindəki sərnişinlərin böyük əksəriyyəti tələbələr olan “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu bu gün səhər qəzaya uğrayıb. Nəticədə 5 gənc ölüb. Onlardan biri qız, digərləri isə oğlandır. Tələbələrdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

23 nəfər isə yaralanıb. Vəziyyəti daha ağır olan yaralılar Kliniki Tibbi Mərkəz, bəziləri isə Sumqayıt xəstəxanasına yerləşdirilib.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov açıqlamasında Bakıda xəstəxanaya yerləşdirilənlərin Nəsirzadə Lalə, Həmidov Emil, Sadiqov Rəsul olduğunu deyib. İkinci kurs tələbələri 1998-99-97-ci il təvəllüdlüdürlər.










Diaspora