Ayı kənd sakininə hücum etdi - ŞƏKİDƏ

Ayı kənd sakininə hücum etdi - ŞƏKİDƏ backend

Ayının hücum etdiyi Şəki sakinin görüntüləri yayıldı Evi dağın ətəyində yerləşən 1967-ci il təvəllüdlü Şəkinin Baş Zəyzid kənd sakini Məmməd Məmmədov mal-qaranı otlamağa buraxıb.

ARB TV xəbər verir ki, o, heyvanların dağa doğru getdiyini görüb. Mal-qaranı geri qaytarmağa gedərkən ayı ilə qarşılaşıb:

Məmməd Məmmədov - Xəsarət alan: "Tutdu qıçımdan. Həmin vaxt özümü itirib çığırdım. Dünyadan xəbərim yoxdu. Qıçımın da ağrısını xəstəxanaya çatanda hiss etdim".

Xoşbəxtlikdən harayı eşidən oğlu və qohumları özlərini tez bir zamanda hadisə yerinə çatdırıblar. Yaranan səs-küy səbəbi ilə ayı yaraladığı Məmməd Məmmədovu qoyaraq qaçıb.

Məmməd Məmmədov - Xəsarət alan: "Bizim uşaq köməyə gəldi. Çığırdı buraxdı. Bir-birimizdən 100 metr aralıda məsafədə idik. Evə necə gəldim onu bilmədim".

Namiq Məmmədov - Zərərçəkənin oğlu: "Haray səsi gəldi. Səs gələn vaxtı yaxşı ki, yaxında olmuşuq. Çatmasaydıq, bəlkə də parçalamışdı. Mən də qorxa-qorxa çığırdım, amma yaxınlaşmağa qorxdum. Səsə ayı qaçdı. Ondan sonrada ayağına parça sarıyıb gətirdik".

Vahid Mehdiyev - Zərərçəkənin qohumu: "Qova bilmirdik. Silahımız yox idi. Balta ilə də getmək olmaz üstünə".

Yaralını Şəki Mərkəzi Rayon Xəstəxanasına gətiriblər. Müayinələr zamanı məlum olub ki, ayı Məmməd Məmmədovun sağ ayağının baldır nahiyəsindən dişləyib. Xəstəxanada ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Vahid Mehdiyev - Zərərçəkənin qohumu: "Bu birinci belə hadisə deyil. Kəndə bu hadisələr 5 dəfə, 6 dəfə baş verir. Aidiyyatı qurumlardan xahiş edirəm bu haqda tədbir görülsün".

Nəzərə alsaq ki, dağ ətəyində yaşayan sakinlər üçün örüş sahələri o qədər də geniş deyil və sakinlər mal-qaranı həmin ərazilərdə otarmağa məcburdu. Qarşıdan isə yaz ayları gəlir. Bu cür hücumların artmayacağına heç kəs zəmanət verə bilməz. O dur ki, ehtiyyatı əldən vermək olmaz.

Diaspora